Səudiyyə Ərəbistanı Çinlə imzalanan investisiya müqavilələrinin dəyərini açıqlayıb12 Dekabr 2022, 14:23 (GMT +4) Bakı, 12 dekabr, SalamNews, S.Bağırov. “Çinlə 50 milyard dollar dəyərində investisiya müqavilələri imzalanıb.”
SalamNews Səudiyyə Ərəbistanın dövlət xəbər agentliyi VAS-a istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının İnvestisiya naziri Xalid Əl-Falih deyib.
Səudiyyə Ərəbistanının investisiya naziri ötən həftə Ər-Riyadda keçirilən Çin-Səudiyyə sammitində krallığın Çinlə 50 milyard ABŞ dolları dəyərində investisiya müqaviləsi imzaladığını bildirib.
Əl-Falih Amerikanın Bloomberg Agentliyinə verdiyi açıqlamalarda daha çox təfərrüatlara varmadan müqavilələrin dövlət və özəl sektorları əhatə etdiyini deyib.
O, bu rəqəmin ərəb liderlərinin də iştirak etdiyi digər dövlətlərlə olan razılaşmaları əks etdirib-etdirmədiyini açıqlamayıb.
Keçən həftə Çin prezidenti Si Tsinpinin də qatıldığı Çin-Səudiyyə sammitində Pekinlə körfəzdəki dərin münasibətlər nəzərdən keçirilib.
|