İsrail qüvvələrinin Cenin şəhərinə hücumunda fələstinlilərdən ölən və yaralananlar var12 Dekabr 2022, 10:08 (GMT +4) Bakı, 12 dekabr, SalamNews, S.Bağırov. İsrail qüvvələri işğal altında olan İordan çayının qərb sahilində Cenin şəhəri və ətrafında yerləşən qaçqın düşərgəsinə hücum ediblər. Bu hücumda 16 yaşlı fələstinli yeniyetmə güllə yarasından həlak olub.
SalamNews əl-Məyadinə istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, İsrail qüvvələrinin Cenin qaçqın düşərgəsinə basqını zamanı 16 yaşlı Məcdi İsam başından aldığı güllə yarasından həlak olub.
Bu hücumda daha dörd fələstinli yaralanıb.
İsrail qüvvələri düşərgədə fəal olan üç gənci həbs edərək, özləri ilə aparıblar.
Qeyd edək ki, Cenin qaçqın düşərgəsi İordan çayının qərb sahilində İsrail qüvvələrinin girməkdə çox çətinlik çəkdiləri yaşayış massividir.
|