Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Avropa Azərbaycan Məktəbində beynəlxalq konfransın açılışı olub

10 Dekabr 2022, 14:58 (GMT +4)

Bakı, 10 dekabr, SalamNews. 9 dekabrda Avropa Azərbaycan Məktəbində “Təcrübə Əsaslı Öyrənmə” adlı ikinci beynəlxalq konfransın açılış mərasimi baş tutub.

SalamNews xəbər verir ki, ilk dəfə 10-12 dekabr 2021-ci təşkil olunan konfrans, pandemiya məhdudiyyətləri səbəbindən uzun müddət təhsilə dairi fikir mübadiləsi və müzakirələr üçün bir araya gələ bilməyən təhsil ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.

Konfransın sonunda Avropa Azərbaycan Məktəbi, Tbilisi Avropa Məktəbi (Gürcüstan) və Nazarbayev İntellektual Məktəbinin (Qazaxıstan) iştirakı ilə Qafqaz və Mərkəzi Asiya üzrə İB Dünya Məktəbləri Assossiasiyası təsis edilib.

Assossiasiyanın əsas məqsədi qeyd olunan regionda fəaliyyət göstərən İB məktəbləri arasında qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi və təhsil imkanlarını genişləndirməkdən ibarətdir.

Bir il ərzində Assossiasiya üzvlərinin sayı artaraq 17 olub.

İkinci “Təcrübə Əsaslı Öyrənmə” Konfransında 700-dək insanın iştirak edir. Ölkəmizlə yanaşı, Türkiyə, İtaliya, Amerika, Niderland, Yaponiya, Avstriya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan kimi ölkələrdən cəlb olunan aparıcı məruzəçilər, məruzəçilər və iştirakçılar yeni təhsil imkanlarını inkişaf etdirmək və təcrübə mübadiləsi üçün Bakıda keçirilən konfransda görüşüblər.

Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra AAM-nin direktoru Françesko bankini çıxış edərək qonaqları salamladı və onlara konfransda uğurlar arzu etdi. Daha sonra aparıcı məruzəçilər qonaqlara təqdim edilib.

İB Proqramının Rəhbəri Olli-Pekka Heinonen, Təhsil lideri Qari Qruber və digər təhsil ekspertləri canlı bağlantı vasitəsilə iştirakçılar üçün maraqlı təqdimatlar ediblər.

İki gün davam edəcək konfransda beynəlxalq və yerli təhsil mütəxəssiləri, təhsil işçiləri və müəllimlər təhsil müstəvisində müxəlif mövzular ətrafında sessiyalar, qrup işləri və müzakirələrə cəlb olunaraq qarşılıqlı təcrübə mübadiləsi aparacaqlar.


Foto



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66