Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident: Mədəniyyət yadigarlarımızın əvvəlki görkəminə qaytarılması Azərbaycan memarlığı qarşısında təxirəsalınmaz vəzifələr irəli sürür

09 Dekabr 2022, 12:28 (GMT +4)

Bakı, 9 dekabr, SalamNews. "Qırx dörd günlük Vətən müharibəsində parlaq Zəfərin ardınca hazırkı ən ümdə hədəflərimiz – azad olunmuş əzəli yurdlarımızda bütün zəruri infrastrukturun sürətlə qurularaq həyatın dirçəldilməsi, xarabalığa çevrilmiş şəhərlərimizin, kəndlərimizin yenidən abadlaşdırılması və mədəniyyət yadigarlarımızın əvvəlki görkəminə qaytarılması Azərbaycan memarlığı qarşısında da təxirəsalınmaz vəzifələr irəli sürür".

SalamNews-un xəbərinə görə, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan memarlarının XX qurultayının iştirakçılarına müraciətində yer alıb.

Müraciətdə deyilir:

"Hörmətli qurultay iştirakçıları!

Sizi Azərbaycan memarlarının XX qurultayının öz işinə başlaması münasibətilə ürəkdən salamlayır, hər birinizə cansağlığı və gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Çoxəsrlik bir yol keçən və özünəməxsus dəst-xətti ilə hər zaman seçilən Azərbaycan memarlığı xalqımızın mədəniyyət salnaməsində layiqli yer tutur. Sənətkarlarımızın klassik Şərq ənənə və prinsiplərinə sədaqətlə yaratdıqları misilsiz memarlıq inciləri dünya mədəni irsinin ayrılmaz hissəsi olaraq hər birimiz üçün qürur mənbəyidir. Bitkin kompozisiyalı bu abidələrin təbii və mədəni landşaftla unikal ahəngdarlığı heyranlıq doğurur.

Dövrün arxitektura üslublarını və milli memarlığın böyük təcrübəsini özündə birləşdirən uğurlu layihələr əsasında ötən müddət ərzində Azərbaycanda şəhərsalma sənətinin yüksək mənəvi-estetik təsir gücünə malik qiymətli nümunələri meydana gətirilmişdir. Dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə memarlıq və şəhər quruculuğu sahəsindəki yeni təzahürlər modern üslublu tikililərin və monumental komplekslərin dizayn həllində özünü qabarıq göstərmişdir.

Qırx dörd günlük Vətən müharibəsində parlaq Zəfərin ardınca hazırkı ən ümdə hədəflərimiz – azad olunmuş əzəli yurdlarımızda bütün zəruri infrastrukturun sürətlə qurularaq həyatın dirçəldilməsi, xarabalığa çevrilmiş şəhərlərimizin, kəndlərimizin yenidən abadlaşdırılması və mədəniyyət yadigarlarımızın əvvəlki görkəminə qaytarılması Azərbaycan memarlığı qarşısında da təxirəsalınmaz vəzifələr irəli sürür.

İnanıram ki, aktual mövzularda geniş diskussiya və ətraflı fikir mübadiləsi aparılaraq, qurultayınızda qəbul ediləcək mühüm qərarlar ölkə memarlığının gələcək inkişafına öz töhfəsini verəcəkdir".



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

03 Fevral 2023, 13:10 (GMT +4)
Lənkəranda gözəllik salonunda 12 kq-a yaxın narkotik və saxta dollar aşkarlanıb

03 Fevral 2023, 12:56 (GMT +4)
Bill Qeyts: Marsa getməkdənsə, peyvəndin hazırlanmasına kömək etməyi üstün tuturam

03 Fevral 2023, 12:40 (GMT +4)
Sahibkarların bank kartlarından pul çıxartmaqda şübhəli bilinən şəxs saxlanılıb

03 Fevral 2023, 12:25 (GMT +4)
Azərbaycan neftinin qiyməti 84 dollara enib

03 Fevral 2023, 12:12 (GMT +4)
Baydenin baş iqtisadi müşaviri vəzifəsindən gedir

03 Fevral 2023, 12:10 (GMT +4)
FHN: Binəqədidə hərbi sursat aşkarlanıb

03 Fevral 2023, 11:57 (GMT +4)
Makron Netanyahu ilə görüşdə İranın nüvə proqramının sürətlə irəlilədiyini bildirib

03 Fevral 2023, 11:52 (GMT +4)
Küləkli və yağıntılı hava şəraiti bu gün axşamadək davam edəcək (FAKTİKİ HAVA)

03 Fevral 2023, 11:41 (GMT +4)
Türkiyə, Rusiya və Suriya nümayəndə heyətləri danışıqlar aparacaq

03 Fevral 2023, 11:30 (GMT +4)
Azərbaycan Prezidenti: Biz enerji təhlükəsizliyi sahəsində yeni bir səhifə açırıq

03 Fevral 2023, 11:18 (GMT +4)
MN: Pilotsuz uçuş aparatları kursunu bitirənlərə sertifikatlar təqdim olunub

03 Fevral 2023, 11:05 (GMT +4)
İlham Əliyev: Avropaya qaz ixracımızı artırmaq üçün resurslarımız, qarşılıqlı siyasi iradəmiz və yüksək səviyyədə etimadımız var

03 Fevral 2023, 10:53 (GMT +4)
ABŞ prezidenti İordaniya kralı ilə görüşdə Qüdsdəki gərgin vəziyyəti müzakirə edib

03 Fevral 2023, 10:50 (GMT +4)
ABŞ senatorları Baydendən Türkiyəyə F-16 satışını təxirə salmağı xahiş ediblər

03 Fevral 2023, 10:42 (GMT +4)
Avropa Şurası yanında Azərbaycanın daimi nümayəndəsinə yeni səlahiyyət verilib

03 Fevral 2023, 10:36 (GMT +4)
Keçən ay 19 nəfərə elmi dərəcə verilməsindən imtina edilib

03 Fevral 2023, 10:23 (GMT +4)
Türkiyə İdlibdə hərbi mövqelərinin birindəki qüvvələrini təxliyə edib

03 Fevral 2023, 10:15 (GMT +4)
İstanbulda avtobus dayanacağa çırpılıb: ölən və yaralananlar var  

03 Fevral 2023, 10:02 (GMT +4)
AMB bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb

03 Fevral 2023, 09:52 (GMT +4)
BNA: 132 avtobusun hərəkət intervalında gecikmələr var

03 Fevral 2023, 09:38 (GMT +4)
ABŞ Nümayəndələr Palatası müsəlman konqresmen İlhan Öməri Xarici Əlaqələr Komitəsindən çıxarıb

03 Fevral 2023, 09:32 (GMT +4)
Bakıda sıxlıq olan yollar açıqlanıb

03 Fevral 2023, 09:16 (GMT +4)
Laçın-Xankəndi yolundakı aksiya 54 gündür davam edir

03 Fevral 2023, 09:04 (GMT +4)
Sudan və İsrail əlaqələrin normallaşdırılması üçün ilkin razılıq əldə ediblər

02 Fevral 2023, 18:00 (GMT +4)
Azərbaycan boksçularının Qızıl kəmər seriyasında ilk rəqibləri bəlli olub

02 Fevral 2023, 17:50 (GMT +4)
Azərbaycan və Moldova əməkdaşlıq istiqamətlərini müzakirə edib

02 Fevral 2023, 17:42 (GMT +4)
Kamran Əliyev Sumqayıt prokurorunu vəzifəsindən azad edib

02 Fevral 2023, 17:35 (GMT +4)
Azərbaycanın müdafiə naziri “Qış təlimi - 2023” təlimini izləyib (FOTO)

02 Fevral 2023, 17:25 (GMT +4)
Bakıda narkotikə görə 46 nəfər saxlanılıb

02 Fevral 2023, 17:19 (GMT +4)
Nəcəfdə İmam Əlinin (ə) mövluduna hazırlıqlar görülür (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66