Tramp: Butun Qreynerlə dəyişdirilməsi qeyri-bərabərlikdir09 Dekabr 2022, 13:43 (GMT +4) Bakı, 9 dekabr, SalamNews. ABŞ-ın keçmiş prezidenti Donald Tramp rusiyalı Viktor Butun amerikalı basketbolçu Britni Qraynerlə dəyişdirilməsini biabırçılıq kimi qiymətləndirib.
SalamNews-un "TASS" istinadla verdiyi xəbərə görə keçmiş prezident bunu özünün "Truth Social" sosial şəbəkəsində yazıb.
"ABŞ üçün nəcə də "axmaq" və qeyri-vətənpərvər bir biyabırçılıqdır", deyə Tramp qeyd edib.
Tramp, Buta qarşı olan iddiaların ciddiliyini və Qraynerin anti-Amerika mövqeyini nəzərə alaraq, mübadilənin qeyri-bərabər olduğunu vurğulayıb.
Onun sözlərinə görə Britni Qrayner “ABŞ-a açıq şəkildə nifrət edir".
Tramp həmçinin Rusiyada məhkum edilmiş digər amerikalı Pol Uilanın dəyişdirilmə prosesinə daxil edilməməsindən təəccübləndiyini qeyd edib.
|