Almaniya İran səfirini XİN-ə çağırıb09 Dekabr 2022, 11:15 (GMT +4) Bakı, 9 dekabr, SalamNews, S.Bağırov. Almaniya Xarici İşlər Nazirliyi İranın Berlindəki səfirini çağıraraq son etiraz və iğtişaşlar bağlı məhkəmə qərarlarına etiraz edib.
SalamNews FransPress-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın XİN mənbələri məlumat veriblər.
Bildirilib ki, səfir İranda son etirazlarda həbs edilənlərdən ilk şəxsin edam edilməsinə görə XİN-ə çağırılıb.
Bundan öncə Almaniya XİN rəhbəri tvitter səhifəsində Mohsen Şekari adlı şəxsin edamını kəskin pisləyib.
Qeyd edək ki, İran Məhkəməsi Mohsen Şekariyə qarşı Tehranda bıçaqla təhlükəsizlik qüvvələrinə hücum, ictimaiyyətdə qorxu yaratmaq, yolları kəsərək, insanlara hədə-qorxu gəlmək, “yer üzündə fitnə-fəsad törətmək” kimi ittihamlar irəli sürüb. Şekari son etiraz və iğtişaşlarda edama məhkum edilən və hökmü icra edilən ilk şəxsdir.
|