Blinken: ABŞ öz milli maraqları naminə Rusiya ilə təmaslara hazırdır09 Dekabr 2022, 10:34 (GMT +4) Bakı, 9 dekabr, SalamNews. ABŞ administrasiyası irəliləyiş ehtimalı olan sahələrdə Rusiya ilə təmaslarda qərarlıdır.
SalamNews-un “İnterfaks”a istinadla verdiyi xəbərə görə, bunu cümə axşamı ABŞ-ın dövlət katibi Entoni Blinken "CBS" telekanalının jurnalistlərinə müsahibəsində bildirib.
"Rusiya ilə münasibətlərin elə aspektləri var ki, onlarla bağlı müəyyən təmasları davam etdiririk. Məsələn, silahlara nəzarət sahəsi. Biz Amerikanın milli maraqlarını dəstəkləmək üçün lazım gələrsə bu prosesi davam etdirəcəyik", deyə Blinken vurğulayıb.
"Vaşinqton, çətinliklərə baxmayaraq, irəliləyişə nail olub-olmayacağını görmək məqsədilə konkret məsələlər, sahib olduğu müxtəlif maraqlar üzərində işləyə bildiyini bütün bu müddət ərzində nümayiş etdirib", deyə dövlət katibi əlavə edib.
|