İran kürd seperatçılarının əsas üzvlərindən bəzilərini ələ keçirdiyini bildirib09 Dekabr 2022, 09:34 (GMT +4) Bakı, 9 dekabr, SalamNews, S.Bağırov. İran kəşfiyyatı ölkənin Kermanşah əyalətində separatçı qrupların əsas və fəal üzvlərindən bəzilərini ələ keçirdiyini bəyan edib.
SalamNews Mehr Agentliyinə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabının Keşikçilər Ordusunun Kermanşah Nümayəndəliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, Kermanşah əyalətində separatçı qrupların əsas üzvlərindən bəziləri ələ keçirilib.
Mənbə ələ keçirilən separatçıların etiraf videolarını yayımlayıb.
Bu şəxslər İraqın şimalında olan separatçı kürd birləşmələri ilə, o cümlədən "Komala" təşkilatı ilə əlbir olduqlarını etiraf ediblər.
|