FHN: Şəmkirdə ev yanıb09 Dekabr 2022, 09:25 (GMT +4) Bakı, 9 dekabr, SalamNews. Şəmkir rayonunda ev yanıb.
SalamNews xəbər verir ki, bu barədə Fövqəladə hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Dəllər Cəyir kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 3 otağının yanar konstruksiyaları, qamışdan ibarət dam örtüyü 135 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
|