Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Ceyhun Bayramovun YUNESKO üzrə Türkiyə Milli Komissiyasının prezidenti ilə görüşüb

08 Dekabr 2022, 16:58 (GMT +4)

Bakı, 8 dekabr, SalamNews. Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın ev sahibliyi etdiyi “Mədəni sərvətlərin mühafizəsi və onların həyata keçirilməsinin təkmilləşdirilməsi aspektlərinə dair YUNESKO Konvensiyalarının rolu” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan YUNESKO üzrə Türkiyə Milli Komissiyasının prezidenti Öcal Oğuzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə SalamNews-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan və Türkiyə qardaşlıq münasibətləri, habelə iki ölkənin YUNESKO üzrə Milli Komissiyaları müstəvisində sıx əməkdaşlıq məsələləri müzakirə edilib. Bu xüsusda türk dünyasına məxsus ortaq miraslarımızın YUNESKO-nun müvafiq irs siyahılarına birgə təqdim edilməsi məsələlərində qarşılıqlı dəstəyin vacibliyindən söz açılıb.

C.Bayramov Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüz siyasəti çərçivəsində ölkəmizin mədəni irsinin məhv edilməsi, talan edilməsi və mənimsənilməsi istiqamətində sistemli siyasətin həyata keçirildiyini bildirərək ötən müddət ərzində mədəni sərvətimizə vurulmuş ziyandan, mədəni irsimizin qəsdən tarixi-mədəni xarakterinin dəyişdirilməsindən bəhs edib. Habelə, ərazilərimizdə mövcud mina təhlükəsi, bunun yaratdığı ciddi humanitar fəsadlardan danışıb.

Bundan əlavə, nazir 30 illik işğalın ağır nəticələrinin aradan qaldırılması istiqamətində ölkəmiz tərəfindən atılan əməli addımlar barədə məlumat verərək işğaldan azad edilmiş ərazilərdəki bütün mədəni və dini abidələrin mənşəyindən asılı olmayaraq lazımi qaydada mühafizəsi və bərpası işlərinin aparıldığını qeyd edib.

Nazir Ermənistanın törətdiyi kobud pozuntular və qeyri-qanuni fəaliyyətlər barədə Azərbaycanın dəfələrlə YUNESKO-ya xəbərdarlıq etdiyini və işğal olunmuş ərazilərə texniki missiya göndərilməsinin zəruriliyi məsələsini qaldırdığını diqqətinə çatdırıb.

Görüşdə qarşı tərəf öz növbəsində TÜRKSOY-a üzv ölkələrin qeyri-maddi mədəni irsin qorunmasında birgə həyata keçirdiyi tədbirlərdən bəhs edib, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə Azərbaycanı təbrik edib.

Azərbaycanın, xüsusilə işğaldan azad edilmiş ərazilərində mədəni irsinin qorunmasının beynəlxalq səviyyədə ortaq məsuliyyətimiz olduğunu diqqətə çatdırıb.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

03 Fevral 2023, 18:00 (GMT +4)
AQTA 11 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlayıb

03 Fevral 2023, 17:45 (GMT +4)
Peyvənd olunanların sayı açıqlanıb

03 Fevral 2023, 17:35 (GMT +4)
Azərbaycanda son sutkada 24 nəfər koronavirusa yoluxub

03 Fevral 2023, 17:25 (GMT +4)
Bakıda narkotik satan kuryer şirkətinin əməkdaşları saxlanılıb

03 Fevral 2023, 17:10 (GMT +4)
Bakıda mağazalardan oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb

03 Fevral 2023, 16:55 (GMT +4)
Azərbaycan İtaliya ilə bərpa olunan enerji sahəsində əməkdaşlığı müzakirə edib

03 Fevral 2023, 16:40 (GMT +4)
Dövlət Komitəsində kollegiya iclası keçirilib

03 Fevral 2023, 16:25 (GMT +4)
DİM ümumtəhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

03 Fevral 2023, 16:10 (GMT +4)
Azərbaycana idxal edilən soğan gömrük rüsumundan azad edilib, ölkədən ixracı tənzimlənəcək

03 Fevral 2023, 15:55 (GMT +4)
XİN başçısı Laçın yolundakı durum barədə Macarıstanın xarici işlər və ticarət nazirini məlumatlandırıb

03 Fevral 2023, 15:40 (GMT +4)
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb

03 Fevral 2023, 15:28 (GMT +4)
İşğaldan azad edilmiş ərazilərdə İtaliya şirkətlərinin fəaliyyəti müzakirə edilib

03 Fevral 2023, 15:22 (GMT +4)
İrandakı səfirliyimizə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslər təltif edilib

03 Fevral 2023, 15:13 (GMT +4)
Türkiyə XİN: Ankara taxıl müqaviləsinin uzadılması üçün səy göstərir

03 Fevral 2023, 15:10 (GMT +4)
Azərbaycanda şənbə gününün hava proqnozu açıqlanıb

03 Fevral 2023, 14:55 (GMT +4)
Dünya bazarında neftin qiyməti dəyişib

03 Fevral 2023, 14:55 (GMT +4)
Xəzər dənizində 12 kq-dan artıq narkotik aşkarlanıb

03 Fevral 2023, 14:40 (GMT +4)
FHN: Bakıda yanğın təhlükəli daha bir obyektin fəaliyyəti dayandırılıb

03 Fevral 2023, 14:25 (GMT +4)
Azərbaycan Ordusunda yeni tədris dövrünün məşğələləri keçirilir (VİDEO)

03 Fevral 2023, 14:10 (GMT +4)
İlham Əliyev: Təbii qaz ehtiyatlarımız bizim və tərəfdaşlarımız üçün ən azı yüz il kifayət edəcək

03 Fevral 2023, 13:55 (GMT +4)
Sumqayıtda evdən 15 000 dollar və qızıl-zinət əşyaları oğurlanıb

03 Fevral 2023, 13:40 (GMT +4)
Bakı metrosunda yeni qatarların sayı 22-yə çatdırılıb

03 Fevral 2023, 13:25 (GMT +4)
FHN: Abşeronda quşçuluq fabrikində yanğın olub

03 Fevral 2023, 13:10 (GMT +4)
Lənkəranda gözəllik salonunda 12 kq-a yaxın narkotik və saxta dollar aşkarlanıb

03 Fevral 2023, 12:56 (GMT +4)
Bill Qeyts: Marsa getməkdənsə, peyvəndin hazırlanmasına kömək etməyi üstün tuturam

03 Fevral 2023, 12:40 (GMT +4)
Sahibkarların bank kartlarından pul çıxartmaqda şübhəli bilinən şəxs saxlanılıb

03 Fevral 2023, 12:25 (GMT +4)
Azərbaycan neftinin qiyməti 84 dollara enib

03 Fevral 2023, 12:12 (GMT +4)
Baydenin baş iqtisadi müşaviri vəzifəsindən gedir

03 Fevral 2023, 12:10 (GMT +4)
FHN: Binəqədidə hərbi sursat aşkarlanıb

03 Fevral 2023, 11:57 (GMT +4)
Makron Netanyahu ilə görüşdə İranın nüvə proqramının sürətlə irəlilədiyini bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66