Mobil versiya RU AZ
_




DÜNYA » İQTİSADİYYAT

Səudiyyə Ərəbistanı Türkiyə Mərkəzi Bankına beş milyard dollar depozit qoyacağını açıqlayıb

08 Dekabr 2022, 13:37 (GMT +4)

Bakı, 8 dekabr, SalamNews, S.Bağırov. Səudiyyə Ərəbistanı Krallığı bir neçə gün ərzində Türkiyə Mərkəzi Bankına beş milyard dollar depozit qoyacağını açıqlayıb.

SalamNews əl-İxbariyyə telekanalına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd Əl-Cadaan bu barədə açıqlama verib.

"Bu, tezliklə baş verəcək və qərar Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında verilib. Müzakirələr indi qalan detallar ətrafında gedir”, deyə səudiyyəli nazir bildirib.

Əl-Cədaan “ər-Riyadın Ankara ilə əlaqələrində əhəmiyyətli irəliləyiş olduğunu” vurğulayaraq, “Krallığın Türkiyə və digər ölkələrdə investisiya imkanlarını səbirsizliklə gözlədiyini” qeyd edib.

Həmçinin Səudiyyə Ərəbistanı Maliyyə Nazirliyinin digər rəsmisi “Financial-Times”a bildirib ki, Ər-Riyad və Ankara əlavə təfərrüatlar təqdim etmədən mümkün depozitlə bağlı danışıqlar aparır. Türkiyə Maliyyə Nazirliyinin mənbələri iki tərəfin depozit məsələsini müzakirə etdiyi, danışıqların bitmədiyini, lakin son mərhələdə olduğunu təsdiqləyiblər.

Qeyd edək ki, “The Goldman Sachs Group”un məlumatına görə, Türkiyə mart və sentyabr ayları arasında lirənin dəstəklənməsi üçün ən azı 17,9 milyard dollar xərcləyib. Lakin bu cəhdlər də kəskin inflyasiyanın qarşısını ala bilməyib.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Nazirlik Türkiyədə təhsil alan tələbələrin Azərbaycana qayıdışı qaydasını açıqlayıb

Avropa çempionatında Azərbaycan və Türkiyə qardaşlığı növbəti dəfə nümayiş etdirilib

Türkiyəyə yardıma gedən Azərbaycan könüllüləri üçün düşərgə təşkil olunub

Fatih Dönməz: “Türkiyə Azərbaycanla birlikdə Avropaya qaz tədarük etməyi gözləyir”

Türkiyədə 4,1 bal gücündə zəlzələ baş verib

Türkiyə PA: “Gənclərimizi gələcəyimizin təminatçısı olaraq görürük”

Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Prezidentinə təqdim olunub

Prezident İlham Əliyev Türkiyənin sənaye və texnologiya nazirini qəbul edib

Azərbaycan Prezidenti: Türkiyəyə yardım qardaşlıq borcumuzdur

Pərviz Şahbazov: Tezliklə İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq

Ərdoğan: Putin gələn ay Türkiyəyə səfər edə bilər

Ərdoğan: “Qərb Türkiyəni Rusiyaya qarşı müharibəyə cəlb etmək istəyirdi”

Azərbaycan və Türkiyə arasında Hökumətlərarası Komissiyada işlərin gedişi barədə fikir mübadiləsi aparılıb

Allahşükür Paşazadə Türkiyə Cəfəriləri icmasının lideri ilə görüşüb

Peskov Putinin Türkiyəyə səfər edəcəyi ilə bağlı məlumatları təkzib edib

Çavuşoğlu: Azərbaycandan Türkiyəyə təqaüdünü göndərən yaşlı babamızı unutmamışıq

Türkiyədə seldən 68 nəfər zərər çəkib, 5 nəfər itkin düşüb

İlham Əliyev Türkiyə dövlət başçısı ilə Ermənistanla sülh müqaviləsi üzrə danışıqlar prosesini müzakirə edib

Prezident: Azərbaycan-Türkiyə birliyinin gücü bölgədə ədalətli sülhün qarantıdır

Azərbaycanın qadın futbolçulardan ibarət millisi Türkiyə yığması ilə üz-üzə gələcək


Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66