Azərbaycanın 2 parataekvondoçusu reytinq turnirində qızıl medal qazanıb09 Dekabr 2022, 09:48 (GMT +4) Bakı, 9 dekabr, SalamNews. Azərbaycan parataekvondoçuları Sabir Zeynalov (58 kg, K44) və İmaməddin Xəlilov (70 kg, K44) Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində keçirilən Qran-Pridə uğurlu çıxış ediblər.
SalamNews xəbər verir ki, idmançılar bütün rəqiblərinə qalib gələrək, yarışı qızıl medalla başa vurublar.
Qeyd edək ki, Qran-pri Paris-2024 XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.
|