Çin lideri sabah Səudiyyə Ərəbistanına gedir06 Dekabr 2022, 15:35 (GMT +4) Bakı, 6 dekabr, SalamNews, S.Bağırov. Çin Xalq Respublikasının sədri kral Salmanın dəvəti ilə dekabrın 7-dən 9-dək Səudiyyə Ərəbistanında səfərdə olacaq.
SalamNews bu barədə Səudiyyə Ərəbistanının dövlət xəbər agentliyi, VAS-a istinadən xəbər verir.
“İki Müqəddəs Məscidin Xadiminin lütfkar dəvəti ilə Çin Xalq Respublikasının sədri 2022-ci il dekabrın 7-dən 9-dək olan müddət ərzində Krallığa rəsmi səfər edəcək”, deyə məlumatda bildirilib.
Agentlik əlavə edib ki, “səfər proqramına Körfəz Əməkdaşlığı Şurası ölkələrinin liderlərinin və Çin sədrinin Ər-Riyad-Körfəz-Çin Əməkdaşlıq və İnkişaf Sammiti, habelə Ər-Riyad-Ərəb-Çin Əməkdaşlıq və İnkişaf Sammitinə qatılmaq və burada iştirak etmələri daxildir. İki sammit zamanı regionda bütün sahələrdə birgə əlaqələrin gücləndirilməsi yollarının müzakirə ediləcəyi, iqtisadi inkişaf sahəsində əməkdaşlığın perspektivlərinin müzakirə olunacağını qeyd edilib.
|