Avropa Parlamenti: Almaniya qışda yeni miqrasiya böhranı ilə üzləşəcək03 Dekabr 2022, 14:32 (GMT +4) Bakı, 3 dekabr, SalamNews. Avropa Parlamentinin aparıcı fraksiyasının - Avropa Xalq Partiyasının rəhbəri Manfred Veber hesab edir ki, bu qış Avropanı, xüsusilə də Almaniyanı qaçqınların yeni dalğası gözləyir.
SalamNews-un "TASS"a istinadla verdiyi xəbərə görə, Veber bunu şənbə günü “Welt am Sonntag” qəzetinə müsahibəsində deyib.
"Ukraynada enerji infrastrukturunun dağıdılması fonunda biz bu qış çoxsaylı ukraynalının Aİ-yə, xüsusilə Almaniyaya gələcəyinə hazırlaşmağa məcburuq. Qorxuram ki, insanların Ukrayndan qaçması baxımından dramatik bir qışın şahidi olacağıq", deyə almaniyalı siyasətçi vurğulayıb.
Veber Almaniyanın belə bir vəziyyətə hazır olmadığını bildirib.
"Hazırda Almaniya yeni miqrasiya böhranına doğru irəliləyir", deyə siyasətçi əlavə edib.
|