Politico: Fransa qeyri-rəsmi olaraq Ukraynaya artıq yardım edə bilməyəcəyini etiraf edir01 Dekabr 2022, 15:58 (GMT +4) Bakı, 1 dekabr, SalamNews. Fransa qeyri-rəsmi olaraq etiraf edir ki, öz silah ehtiyatları ilə bağlı vəziyyətə görə artıq Ukraynaya hərbi yardım göndərə bilmir.
SalamNews “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Amerikanın "Politico" nəşri yazıb.
Məqalə müəlliflərinin qeyd etdiyinə görə, Fransa hakimiyyəti bu vəziyyəti “Ukraynanın davamlılığına dair konfrans təşkil etməklə mülki yardım vasitəsilə" düzəltməyə çalışır.
"Politico"nun məlumatına görə, konfrans bu ilin dekabrında baş tutmalıdır.
Noyabrın sonunda Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib ki, Ukrayna Silahlı Qüvvələri Fransadan "LRU" reaktiv yaylım atəş sistemləri əldə edib. "LRU" sistemləri Ukraynanın daha öncə əldə etdiyiy alman "MARS II" sistemləri ilə, demək olar ki, eynidir.
Hazırda Ukraynada Rusiya Federasiyası Silahlı Qüvvələrinin xüsusi əməliyyatı davam edir.
|