Lavrov: Ermənistanın Alma-Ata Bəyannaməsini təsdiqləməsi Qarabağın statusu məsələsini həll edir01 Dekabr 2022, 14:59 (GMT +4) Bakı, 1 dekabr, SalamNews. Praqada keçirilən dördtərəfli görüşdə Ermənistan tərəfinin Alma-Ata bəyannaməsini qeyd-şərtsiz təsdiqləməsi Qarabağın statusu məsələsini həll edir.
SalamNews Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropanın təhlükəsizlik məsələlərinə dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Almatı bəyannaməsində qeyd olunur ki, bütün ittifaq dövlətləri SSRİ respublikaları arasında mövcud olan sərhədlər daxilində sərhədlərin toxunulmazlığını təsdiq edir.
“Başqa sözlə desək, həmin dövrdə Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq Azərbaycan SSR-in tərkibində idi və bu, həm Azərbaycan, həm Ermənistan, həm də Fransa və cənab Mişel tərəfindən qeyd-şərtsiz təsdiq edildi. Bu, Qarabağın statusuna necə yanaşmaq lazım olduğuna dair məsələni həll edir”, deyə nazir bildirib.
|