Politico: Qərbin Ukrayna ilə bağlı yeni “Marşal planı” işləməyəcək01 Dekabr 2022, 13:47 (GMT +4) Bakı, 1 dekabr, SalamNews. Qərbin Ukraynaya yardımı yalnız puldan ibarətdirsə, o zaman yeni “Marşal planı” işləməyəcək.
SalamNews “Gazeta.ru”ya istinadən xəbər verir ki, bunu Britaniya ordusunun veteranı, ATƏT-in Donetskdəki missiyasının keçmiş rəhbəri Met Uetli “Politico” nəşrinə yazdığı məqalədə bildirib.
"Qərbin 21-ci əsrdə Ukrayna üçün “Marşal planı”na diar konsensusu yanlışdır", deyə keçmiş hərbçi qeyd edib.
Müəllif bildirib ki, Ukraynanın bərpası təkcə bir pul axınından ibarət deyil. Onun sözlərinə görə, planın uğurlu olması üçün ilk növbədə ölkə ərazilərinin minalardan təmizlənməsi üçün genişmiqyaslı əlaqələndirilmiş səylər lazımdır.
Məqalədə deyilir ki, Qərb dövlətlərinin atdığı addımlar münaqişənin real miqyasının düzgün qiymətləndirilməməsindən irəli gəlir. Uetli düşünür ki, Avropa Komissiyası “pul hər şeyi sağaldır” prinsipinə əməl edir və hesab edir ki, maliyyə yardımı Ukraynanın sənaye dirçəlişinə səbəb olacaq.
Müəllif qeyd edir ki, Avropa İttifaqı Kiyevə vəd etdiyi vəsaitin yalnız kiçik bir hissəsini ödəyə bilib.
|