Netanyahu: İranla böyük güclərin nüvə sazişi ölüb01 Dekabr 2022, 11:44 (GMT +4) Bakı, 1 dekabr, SalamNews, S.Bağırov. “İranla böyük güclərin nüvə saizşi böyük ehtimalla ölüb."
SalamNews xəbər verir ki, İsrail Knesset seçkilərində qalib gələn Benyamin Netanyahu bunu FoxNews-a açıqlamasında deyib.
Netanyahu bu açıqlamasında İrandakı iğtişaşlar və nüvə sazişinin gələcəyi ilə bağlı bəzi iddialar irəli sürüb.
Netanyahunun sözlərinə görə, "İran hökumətinin son hərəkətləri Tehranın yeni nüvə sazişinə son verə biləcəyini göstərir."
Netanyahu deyib: “Nüvə sazişi yəqin ki, ölüdür, çünki bütün dünya Tehranın əsl üzünün nə olduğunu gördü”.
B.Netanyahu İranda “etirazları” dəstəkləməyə və İrana qarşı sanksiyaların artırılmasına çağırıb, habelə hərbi müdaxiləyə ehtiyac olduğunu deyib.
|