Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Şirvanda təqaüdçülərin kartlarında olan pulları ələ keçirən şəxs tutulub

01 Dekabr 2022, 12:16 (GMT +4)

Bakı, 1 dekabr, SalamNews. Şirvanda təqaüdçülərin kartlarında olan pulları ələ keçirən şəxs tutulub.

Bu barədə SalamNews-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, cari ilin noyabr ayında 2 nəfər Şirvan şəhər sakini Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək şəhər ərazisində yerləşən bankomatların birindən pul çəkmək istəyən zaman tanımadıqları bir şəxsdən kömək istədiklərini, lakin sonuncunun kartdan pul çəkdikdən sonra onlara təqaüd kartlarında pul olmadığını, kartlarında olan pulları isə ələ keçirdiyini bildiriblər.

Daxil olan müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini Cavidan Məlikov saxlanılıb.
Dindirilmə zamanı həmin şəxs törətdiyi əməli etiraf edib.

Araşdırmalar zamanı onun zərərçəkənələrin ümumilikdə 540 manat pulunu ələ keçirməsi müəyyən edilib.

Faktla bağlı C.Məlikov barəsində Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Polis əməkdaşları C.Məlikovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in "102" xidmətinə, həmçinin Şirvan ŞPŞ-nə müraciət etmələri xahiş olunur.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

03 Fevral 2023, 18:00 (GMT +4)
AQTA 11 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlayıb

03 Fevral 2023, 17:45 (GMT +4)
Peyvənd olunanların sayı açıqlanıb

03 Fevral 2023, 17:35 (GMT +4)
Azərbaycanda son sutkada 24 nəfər koronavirusa yoluxub

03 Fevral 2023, 17:25 (GMT +4)
Bakıda narkotik satan kuryer şirkətinin əməkdaşları saxlanılıb

03 Fevral 2023, 17:10 (GMT +4)
Bakıda mağazalardan oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb

03 Fevral 2023, 16:55 (GMT +4)
Azərbaycan İtaliya ilə bərpa olunan enerji sahəsində əməkdaşlığı müzakirə edib

03 Fevral 2023, 16:40 (GMT +4)
Dövlət Komitəsində kollegiya iclası keçirilib

03 Fevral 2023, 16:25 (GMT +4)
DİM ümumtəhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

03 Fevral 2023, 16:10 (GMT +4)
Azərbaycana idxal edilən soğan gömrük rüsumundan azad edilib, ölkədən ixracı tənzimlənəcək

03 Fevral 2023, 15:55 (GMT +4)
XİN başçısı Laçın yolundakı durum barədə Macarıstanın xarici işlər və ticarət nazirini məlumatlandırıb

03 Fevral 2023, 15:40 (GMT +4)
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb

03 Fevral 2023, 15:28 (GMT +4)
İşğaldan azad edilmiş ərazilərdə İtaliya şirkətlərinin fəaliyyəti müzakirə edilib

03 Fevral 2023, 15:22 (GMT +4)
İrandakı səfirliyimizə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslər təltif edilib

03 Fevral 2023, 15:13 (GMT +4)
Türkiyə XİN: Ankara taxıl müqaviləsinin uzadılması üçün səy göstərir

03 Fevral 2023, 15:10 (GMT +4)
Azərbaycanda şənbə gününün hava proqnozu açıqlanıb

03 Fevral 2023, 14:55 (GMT +4)
Dünya bazarında neftin qiyməti dəyişib

03 Fevral 2023, 14:55 (GMT +4)
Xəzər dənizində 12 kq-dan artıq narkotik aşkarlanıb

03 Fevral 2023, 14:40 (GMT +4)
FHN: Bakıda yanğın təhlükəli daha bir obyektin fəaliyyəti dayandırılıb

03 Fevral 2023, 14:25 (GMT +4)
Azərbaycan Ordusunda yeni tədris dövrünün məşğələləri keçirilir (VİDEO)

03 Fevral 2023, 14:10 (GMT +4)
İlham Əliyev: Təbii qaz ehtiyatlarımız bizim və tərəfdaşlarımız üçün ən azı yüz il kifayət edəcək

03 Fevral 2023, 13:55 (GMT +4)
Sumqayıtda evdən 15 000 dollar və qızıl-zinət əşyaları oğurlanıb

03 Fevral 2023, 13:40 (GMT +4)
Bakı metrosunda yeni qatarların sayı 22-yə çatdırılıb

03 Fevral 2023, 13:25 (GMT +4)
FHN: Abşeronda quşçuluq fabrikində yanğın olub

03 Fevral 2023, 13:10 (GMT +4)
Lənkəranda gözəllik salonunda 12 kq-a yaxın narkotik və saxta dollar aşkarlanıb

03 Fevral 2023, 12:56 (GMT +4)
Bill Qeyts: Marsa getməkdənsə, peyvəndin hazırlanmasına kömək etməyi üstün tuturam

03 Fevral 2023, 12:40 (GMT +4)
Sahibkarların bank kartlarından pul çıxartmaqda şübhəli bilinən şəxs saxlanılıb

03 Fevral 2023, 12:25 (GMT +4)
Azərbaycan neftinin qiyməti 84 dollara enib

03 Fevral 2023, 12:12 (GMT +4)
Baydenin baş iqtisadi müşaviri vəzifəsindən gedir

03 Fevral 2023, 12:10 (GMT +4)
FHN: Binəqədidə hərbi sursat aşkarlanıb

03 Fevral 2023, 11:57 (GMT +4)
Makron Netanyahu ilə görüşdə İranın nüvə proqramının sürətlə irəlilədiyini bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66