Sallivan: ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar hazırlayır01 Dekabr 2022, 10:36 (GMT +4) Bakı, 1 dekabr, SalamNews . ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ABŞ administrasiyasının Şimali Koreyaya qarşı yeni sanksiyalar paketi hazırladığını bildirib.
SalamNews-un "TASS"a istinadla verdiyi xəbərə görə, Sallivan bu barədə ABŞ-Cənubi Koreya münasibətlərinə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.
Amerika prezidentinin müşaviri çıxışı zamanı qeyd edib ki, Şimali Koreyanın raket atışları fonunda ABŞ Yaponiya və Cənubi Koreya ilə “üçtərəfli hərbi və təhlükəsizlik əməkdaşlığı” inkişaf etdirir.
Onun sözlərinə görə, üç ölkənin kəşfiyyat xidmətləri əməkdaşlığı gücləndirirlər və Pxenyana qarşı sanksiyaların tətbiqi istiqamətində daha sıx əməkdaşlıq edirlər.
Sallivan, hazırda ABŞ-ın Şimali Koreyaya qarşı yeni sanksiyalar hazırladığını desə də, detalları açıqlamayıb.
|