Azərbaycanla Türkiyə arasında regional əməkdaşlıq məsələləri müzakirə olunub01 Dekabr 2022, 09:52 (GMT +4) Bakı, 1 dekabr, SalamNews. Azərbaycanla Türkiyə arasında regional əməkdaşlıq məsələləri müzakirə olunub.
Xarici İşlər Nazirliyindən SalamNews-a bildirilib ki, xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Polşada keçirilən 29-ci iclası çərçivəsində Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb.
Xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər.
Nazirlər həmçinin ATƏT-in Nazirlər Şurasının 29-cu iclasında və çoxtərəfli platformalarda əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
|