Əfqanıstanda dini mədrəsəyə edilən hücumda ölənlərin sayı 20-ə çatıb (VİDEO)
01 Dekabr 2022, 09:09 (GMT +4)
Bakı, 1 dekabr, SalamNews, S.Bağırov. Əfqanıstanın şimal-şərqində Səmənqan əyalətində dini mədrəsəyə edilən hücumda ölənlərin sayı 20-ə çatıb.
SalamNews ToloNews-a istinadən xəbər verir ki, bu barədə Taliban hökumətinin Səmənqan üzrə rəsmiləri məlumat veriblər.
Əyalətin rəsmilərindən olan Firuziddin Munibin məlumatına görə, bu terror aktı məscid və mədrəsə kompleksində bir bombanın yerləşdirilməsi və daha sonra partladılması ilə həyata keçirilib.
Bu terror aktında ölənlərin çoxu məscid və mədrəsə kompleksinin içində olan və Quran dərsi alan uşaq və yeniyetmələrdir. Ölənlərin ümumi sayı 20-ə çatıb və 22 yaralı var.
Bu hücumu hələ heç bir qrup üzərinə götürməyib. Əfqanıstanda məscid və dini məkanlara hücumu adətən İŞİD-in Əfqanıstan qanadı “Xorasan Vilayəti” üzərinə götürür.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.