MN: Erməni silahlıları Azərbaycan Ordusunun Şuşa və Ağdamdakı mövqelərini atəşə tutub30 Noyabr 2022, 17:06 (GMT +4) Bakı, 30 noyabr, SalamNews. Noyabrın 30-u saat 14:40-dan saat 15:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Şuşa və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
Bu barədə SalamNews-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
|