Çavuşoğlu ABŞ-ı Suriyadakı terrorçulara dəstəyi dayandırmağa çağırıb30 Noyabr 2022, 17:02 (GMT +4) Bakı, 30 noyabr, SalamNews. Türkiyə ABŞ-dan Suriyada fəaliyyət göstərən terror təşkilatlarına dəstəyi dayandırmasını gözləyir.
SalamNews-un “TASS”a istinadla verdiyi xəbərə görə, bunu çərşənbə günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO xarici işlər nazirlərinin Buxarestdə keçirilən iclasında bildirib.
"ABŞ-dan terror təşkilatlarına dəstəyi dayandırmasını gözləyirik. Müttəfiqlərdən dəstək gözləyirik, onlardan terrorçuları qurban kimi təqdim edən bəyanatlar verməmələrini gözləyirik”, deyə Çavuşoğlu Türkiyənin Suriyanın şimalında planlaşdırdığı yerüstü əməliyyatına dair ABŞ-ın mövqeyi ilə bağlı sualı cavablandırarkən qeyd edib.
|