AK Ursula fon der Leyenin bəyanatından 100 min Ukrayna hərbçisinin öldüyünə dair hissəni silib30 Noyabr 2022, 16:20 (GMT +4) Bakı, 30 noyabr, SalamNews. Avropa Komissiyasının sədri Ursula fon der Leyenin rəsmi “Twitter” hesabından Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı 100 mindən çox ukraynalı hərbçinin həlak olmasına dair məlumat yoxa çıxıb.
Fon der Leyenin müraciətinin mətni və videosu noyabrın 30-da Avropa Komissiyasının saytında və onun sosial şəbəkələrində dərc olunub.
SalamNews-un “Gazeta”ya istinadla verdiyi xəbərə görə, AK rəhbəri bəyanatının əvvəlində bildirib ki, Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan bu günə kimi 20 mindən çox mülki şəxs və 100 min Ukrayna hərbçisi həlak olub.
İndi nə Avropa Komissiyasının saytında, nə də fon der Leyenin “Twitter” hesabında bu məlumat yoxdur.
|