Azərbaycan və Türkiyə XİN başçıları Polşada görüşəcək30 Noyabr 2022, 15:46 (GMT +4) Bakı, 30 noyabr, SalamNews. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.
SalamNews xəbər verir ki, türkiyəli nazir bu barədə jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, görüş Polşada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclası çərçivəsində baş tutacaq.
Xatırladaq ki, bu gün Ceyhun Bayramov Polşaya işgüzar səfərə yola düşüb.
|