"Azərbaycan Sığortaçılar Assosiasiyası" UNEC-lə əməkdaşlığa başlayır30 Noyabr 2022, 16:42 (GMT +4) Bakı, 30 noyabr, SalamNews. "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlığa dair memorandum imzalanıb.
SalamNews bu barədə ASA-ya istinadən xəbər verir.
Məlumata görə, sənəd yeni sığortaçıların hazırlanması məqsədilə ölkədə sistemli sığorta təhsilinin bərpa edilməsi və həyata keçirilməsi, bu prosesə yerli sığorta bazarında fəaliyyət göstərən peşəkar sığortaçıların cəlb edilməsi və bununla da sığorta sahəsində inkişafın təmin olunması məqsədilə bütün mövcud imkanlardan istifadə edilməsi yönündə birgə əməkdaşlığın qurulmasını nəzərdə tutur.
|