AZAL İspaniyada beynəlxalq turizm və ticarət sərgisində iştirak edir30 Noyabr 2022, 16:12 (GMT +4) Bakı, 30 noyabr, SalamNews. "Azərbaycan Hava Yolları" QSC (AZAL) Ispaniyanın Barselona şəhərində keçirilən "IBTM World 2022" beynəlxalq turizm və ticarət sərgisində iştirak edir.
SalamNews bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, aviaşirkət Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu ilə birlikdə ölkənin turizm imkanlarını və xarici turistləri cəlb edə biləcək tranzit marşrutlarını geniş təqdim edir.
|