Politico: Avropa ABŞ-ı Ukraynadakı münaqişədən öz məqsədləri üçün istifadə etməkdə ittiham edir30 Noyabr 2022, 14:52 (GMT +4) Bakı, 30 noyabr, SalamNews. Avropa ABŞ-ı Ukraynadakı münaqişədən öz məqsədləri üçün istifadə etməkdə ittiham edir
SalamNews-un “Gazeta.ru”ya istinadla verdiyi xəbərə görə, bu barədə “Politico” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, Avropa İttifaqının siyasi gündəliyində son vaxtlar Aİ-nin üzləşdiyi problemlərə, hətta fransız dilinin bütün dünyada tənəzzülə uğramasına görə, ABŞ-ı günahlandıran narrativ formalaşıb.
"Bu ənənənin son hissəsində Avropa rəsmiləri qitənin hazırkı depressiyasına görə acgöz amerikalıları günahlandırmağa çalışır. Avropa rəsmiləri iddia edirlər ki, amerikalılar "güclü dolları" hər şeydən üstün tuturlar və hətta Ukraynadakı müharibədən də öz məqsədləri üçün istifadə edirlər", deyə nəşr qeyd edib.
Avropalı siyasətçilərin düşüncələrini təsdiqləyən fakt isə ondan ibarətdir ki, ABŞ Avropaya tədarük etdiyi enerjinin qiymətini aşağı salmağa çalışmır və təbii qazının cəmi 10%-ni satır. Həmçinin, Avropa hərbi sənaye kompleksləri ABŞ şirkətlərinin Ukraynadakı hərbi əməliyyatlardan əldə etdiyi gəliri qazana bilmir.
|