İran Türkiyənin Suriyanın şimalında planlaşdırdığı əməliyyata münasibət bildirib30 Noyabr 2022, 10:34 (GMT +4) Bakı, 30 noyabr, SalamNews, S.Bağırov. “Türkiyənin Suriyada quru əməliyyat həyata keçirməsi vəziyyəti daha da çətinləşdirəcək və problemi həll etməyəcək.”
SalamNews İran mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığında deyib.
Abdullahiyan Türkiyənin Suriyada başlaya biləcəyi quru hərbi əməliyyatlarının problemləri həll etməyəcəyini, əksinə, vəziyyəti daha da çətinləşdirəcəyini deyib.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı, “Tehran Ankaranın təhlükəsizlik məsələsində narahatlıqlarını anlayır və onların aradan qaldırılmasına ehtiyac olduğuna inanır” açıqlamasını verib və deyib:
“Lakin buna nail olmaq üçün Suriya (hökuməti) ilə Türkiyə arasında təhlükəsizlik danışıqlarını davam etdirmək lazımdır."
Qeyd edək ki, Türkiyə mənbələri Əlcəzirəyə bildiriblər ki, Minbic, Təll-Rəfat və Kobani istiqamətində quru əməliyyat labüddür və əməliyyatın baş tutmaması üçün Rusiya və ABŞ-ın təklifləri qəbul edilməyib.
|