Sepah generalı İranda son etiraz, iğtişaş və silahlı hücumlarda ölənlərin sayını açıqlayıb29 Noyabr 2022, 14:42 (GMT +4) Bakı, 29 noyabr, SalamNews, S.Bağırov. “Ölkədə hamı o xanımın (Məhsa Əmini) ölümündən mütəəssir oldu. Mən son rəqəmləri bilmirəm, amma məncə o hadisədən sonra ölkədə 300-dən çox insan şəhid olub ki aralarında uşaqlar da var.”
SalamNews Mehr-ə istinadən xəbər verir ki, bunu İran İslam İnqilabının Keşikçilər Ordusunun Hava Qüvvələri komandanı Əmir-Əli Hacızadə deyib.
İranlı generalın sözlərinə görə Məhsa Əminin ölümündən sonra ölkədəki etirazlar, iğtişaşlar, toqquşmalar və silahlı hücumlarda 300-dən çox insan ölüb.
İranda yerli KİV-lərin məlumatına görə, bu hadisələrdə təhlükəsizlik, Sepah, Polis və könüllü “Bəsic” qüvvələrindən azı 70 nəfər ölüb. İğtişaşçıların və terroçuların silahlı hücumlarında da onlarla ölən var.
Qərb mənbələrinin məlumatına görə, bu rəqəm ümumilikdə 400-dən çoxdur.
|