İraqın baş naziri Tehranda İran prezidenti ilə görüşüb29 Noyabr 2022, 12:34 (GMT +4) Bakı, 29 noyabr, SalamNews, S.Bağırov. İraqın yeni baş naziri Məhəmməd Şiya Sudani Tehrana rəsmi səfərində İran prezidenti ilə görüşüb.
SalamNews İRNA-a istinadən xəbər verir ki, Tehranın Sədabad sarayında İraq baş nazirinin rəsmi qarşılanma mərasimi keçirilib.
Daha sonra Məhəmməd Şiya Sudani və Seyid İbrahim Rəisi ikitərəfli danışıqlara başlayıblar.
Bu görüşdə İraqın şimalında separatçı kürd birləşmələrinə İran tərəfindən hücum məsələsi, habelə Bağdadın İranla Səudiyyə Ərəbistanı arasında vasitəçilyi kimi beynəlxalq məsələlər, habelə iki ölkə arasında iqtisadi əlaqələrin vəziyyətinin müzakirəsi də nəzərdə tutulub.
|