Pentaqon: Azərbaycan regionda ABŞ-ın mühüm tərəfdaşıdır29 Noyabr 2022, 11:14 (GMT +4) Bakı, 29 noyabr, SalamNews. "Azərbaycan regionda ABŞ-ın mühüm tərəfdaşıdır".
SalamNews "Joint Chiefs of Staff"a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) ölkənin Birləşmiş Qərargahlar Rəisləri Komitəsi rəisinin birinci müavini admiral Kristofer Qreydin Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə görüşünə dair məlumatında bildirilib.
Qeyd olunub ki, tərəflər görüşdə regional təhlükəsizlik məsələlərini və ikitərəfli əlaqələri müzakirə ediblər.
|