Vuçiç: Rusiya hərbçilərinin Ukraynadakı addımları daha uğurlu olub29 Noyabr 2022, 10:27 (GMT +4) Bakı, 29 noyabr, SalamNews. Rusiya Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat çərçivəsində daha effektiv fəaliyyət göstərməyə başlayıb.
SalamNews-un "TASS"a istinadla verdiyi xəbərə görə, bunu bazar ertəsi Serbiya prezidenti Aleksandr Vuçiç "Pink" TV müsahibəsində bildirib.
Vuçiç hesab edir ki, Ukraynadakı münaqişə tezliklə bitməyəcək. O, bunu onunla izah edib ki, bir çoxları münaqişəni Ukrayna tərəfinin xeyrinə proqnozlaşdıranda Rusiya hərbçiləri döyüş əməliyyatlarında daha uğurlu iştirak ediblər.
"Mən demirəm ki, hər hansı bir üstünlük var idi, əksinə, onların ukraynalılardan qat-qat az müttəfiqi, ukraynalılardan qat-qat az güclü müttəfiqi var, amma ruslar daha yaxşı döyüşməyə başlayıblar", deyə prezident qeyd edib.
|