Separatçı kürd birləşmələri Rusiya və Suriya hökumətindən yardım istəyiblər29 Noyabr 2022, 09:08 (GMT +4) Bakı, 29 noyabr, SalamNews, S.Bağırov. Türkiyənin Suriyanın şimalında mümkün hərbi əməliyyatı fonunda separatçı kürd birləşmələri Rusiya və Suriya hökuməti rəsmiləri ilə bir araya gəlmək və nəzarətində olan ərazilərin Türkiyənin hücumu qarşısında qorunmasını istəyiblər.
SalamNews xarici mətbuata istinadən xəbər verir ki, bunu separatçı kürd birləşmələrinin rəhbərlik etdiyi “Suriya Demokratik Qüvvələri”nin sözcüsü Aram Hanna deyib.
“Suriya Demokratik Qüvvələrinin” sözçüsü Aram Hanna bəyan edib ki, “SDF” Rusiya nümayəndələrindən ölkənin şimal-şərqində nəzarət etdikləri torpaqları qorumaq üçün Suriya hökuməti ilə müqavilə bağlamaqda köməklik göstərmələrini istəyib.
“Biz ruslardan torpaqlarımızı qorumaq istiqamətində Dəməşqlə olacaq tədbirləri koordinasiya etmək üçün razılaşmaya təşəbbüs göstərməyi xahiş etdik”, - Hanna deyib.
Hanna Rusiya nümayəndələri ilə görüş və Türkiyənin şərtləri ilə bağlı qeyd edib ki, “Rusiya tərəfi ilə davamlı görüşlərimiz var, bu mühüm görüşlərdir və biz onlardan yalnız sabitliyin qorunması və gərginliyin qarşısının alınması çərçivəsində faydalanmağa çalışırıq.”
Qeyd edək ki, noyabrın 20-dən Türkiyə Suriyanın şimalında “PKK”nın Suriya qanadına qarşı hava əməliyyatlarına başlayıb. Türkiyə qurudan əməliyyatlara başlamaq niyyətini də açıqlayıb.
|