Baltikyanı və Skandinaviya ölkələrinin XİN başçıları Kiyevə gəliblər28 Noyabr 2022, 17:06 (GMT +4) Bakı, 28 noyabr, SalamNews. Baltikyanı ölkələrin, eləcə də Norveç, Finlandiya, İsveç və İslandiyanın xarici işlər nazirləri Ukraynaya gələcək yardımı müzakirə etmək üçün noyabrın 28-də Kiyevə gəliblər.
“Biz Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç, İsveç xarici işlər nazirləri Ukrayna ilə tam həmrəy olaraq bu gün Kiyevdəyik”, deyə Norveç XİN-in rəsmi “Twitter” səhifəsində qeyd edilib.
Bəyanatda həmçinin bildirilib ki, bombardmanlara və Rusiyanın hərəkətlərinə baxmayaraq, “Ukrayna qalib gələcək”.
SalamNews “Gazeta.ru”ya istonadən xəbər verir ki, oktyabrın sonunda Avropa İttifaqına sədrlik edən Çexiyanın Baş naziri Petr Fiala Nazirlər Kabinetinin bir neçə üzvü ilə birlikdə ukraynalı həmkarı Denis Şmıqal ilə danışıqlar aparmaq üçün Kiyevə gəldiyi bildirilib.
Hazırda Ukraynada Rusiya Federasiyası Silahlı Qüvvələrinin xüsusi əməliyyatı davam edir. Bunu fevralın 24-də Rusiya prezidenti Vladimir Putin bəyan edib. Onun sözlərinə görə, hərbi əməliyyatın məqsədi qonşu ölkənin demilitarizasiyası və onun hakimiyyətinin denazifikasiyadır.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalara səbəb olub.
|