Bakıda daha 5 müntəzəm marşrut xətti müsabiqəyə çıxarılıb28 Noyabr 2022, 17:30 (GMT +4) Bakı, 28 noyabr, SalamNews. Bakı Nəqliyyat Agentliyi vətəndaş müraciətləri əsasında 15, 147, 185, 186 və 213 nömrəli müntəzəm marşrut xətləri üzrə təhlillər aparıb, sərnişindaşımada vəziyyət qənaətbəxş hesab edilmədiyindən onları müsabiqəyə çıxarıb.
SalamNews xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, müsabiqə Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcək.
|