İsrail vətəndaşlarını Qətərdə futbol yarışlarına baxmağa getməməyə çağırıb28 Noyabr 2022, 16:35 (GMT +4) Bakı, 28 noyabr, SalamNews, S.Bağırov. İsrail hökuməti Qətərdə vətəndaşlarına qarşı kin-kudurətin olduğunu əsas gətirərək, bu ərəb ölkəsində keçirilən futbol çempionatı yarışlarına getməməyə çağırıb.
SalamNews “İ24news” saytına istinadən xəbər verir ki, bu barədə İsrailin Terrorla Mübarizə İdarəsi bəyanat verib.
Bu gün, bazar ertəsi, İsrailin Terrorla Mübarizə İdarəsi xəbərdarlıq edərək, həyatlarına görə təhlükə olduğu üçün Qətərdə keçiriləcək dünya çempionatının oyunlarına getməmələrini istəyib.
Məlumatda deyilir ki, İsrailin aidiyyatı qurumları çempionat başlayandan yerli əhalinin, habelə Dünya Kubokunun oyunlarına qatılmaq axın edən ərəblərin israillilərə düşmənçilik hisslərinin şahidi olublar.
İsrailin adıçəkilən qurumu həmin xəbərdarlığı 3-cü səviyyədə təsnif edir ki, bu da İsrailin düşmən hesab etdiyi Livan, İran, Suriya, Yəmən və İraq kimi ölkələrdə verilən xəbərdarlıqlardan bir səviyyə aşağıdır.
|