Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb28 Noyabr 2022, 17:10 (GMT +4) Bakı, 28 noyabr, SalamNews. Bakının Yasamal rayonu, Əsəd Əhmədov küçəsində çoxmərtəbəli yaşayış binasındakı mənzildə baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə SalamNews-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.
|