İran Almaniya səfirini Tehranda XİN-ə çağırıb28 Noyabr 2022, 12:36 (GMT +4) Bakı, 28 noyabr, SalamNews, S.Bağırov. Almaniya hökuməti rəsmilərinin İranla bağlı açıqlamalarından sonra bu ölkənin səfiri Tehranda Xarici İşlər Nazirliyinə çağırılıb.
SalamNews İRNA-a istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi bəyanat verib.
İran Xarici İşlər Nazirliyi bu gün, bazar ertəsi yaydığı bəyanatda deyib:
“İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa məsələləri üzrə baş direktoru bu gün Almaniyanın Tehrandakı səfirini çağırıb və İran İslam Respublikasına qarşı məsuliyyətsiz bəyanatlar fonunda qarşı tərəfə sərt etirazını çatdırıb.”
“Bu bəyanatların və qeyri-konstruktiv addımların iki ölkə arasında münasibətlərin gələcəyinə mənfi təsirləri var...Nüvə sazişini pozan ölkələr, xüsusilə Almaniya İranda insan haqları ilə bağlı nəzəriyyələr irəli sürəcək məqamda deyillər”, deyə İran XİN rəsmi əlavə edib.
|