Rişi Sunak: Britaniya gələn il Ukraynaya hərbi yardımını artıra bilər28 Noyabr 2022, 10:17 (GMT +4) Bakı, 28 noyabr, SalamNews. Böyük Britaniyanın baş naziri Rişi Sunak bildirib ki, 2023-cü ildə Böyük Britaniya Ukraynaya göstərdiyi hərbi yardımın həcmini artıra bilər.
SalamNews xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Siyasətçi qeyd edib ki, London “nə qədər lazımdırsa” Kiyevi dəstəkləməyə davam edəcək.
“Biz gələn il hərbi yardımımızı davam etdirəcəyik və ya artıracağıq”, deyə baş nazir qeyd edib.
“Ukraynalıları və onların güvəndiyi kritik infrastrukturu qorumaq üçün" Britaniya Ukraynaya yeni hava hücumundan müdafiə sistemləri göndərəcək", deyə Sunak deyib.
“Ukraynanı müdafiə edərək biz özümüzü müdafiə etmiş oluruq”, deyə baş nazir vurğulayıb.
Bundan öncə Sunak Ukraynaya son səfəri zamanı 2022-ci ildə Kiyevə 3 milyard funt sterlinqdən çox hərbi yardım göstərildiyini bildirib.
|