Kliçko: Kiyev sakinlərinin dörddə biri işıqsız qalıb26 Noyabr 2022, 17:14 (GMT +4) Bakı, 26 noyabr, SalamNews. Şənbə günü günortadan sonra Kiyevdə istehlakçıların dörddə biri işıqsız qalmaqda davam edir.
Bu barədə şəhərin meri Vitali Kliçko məlumat verib.
"Bu gün Kiyevdə sakinlərinin 25%-inin elektrik enerjisi kəsilib. Energetiklər paytaxt sakinlərinin evlərinə enerji təchizatının qaytarılması üçün bütün səylərini əsirgəmirlər", deyə şəhər meri bildirib.
SalamNews xəbər verir ki, Kliçko bunu "Telegram" kanalında yazıb.
Şənbə günü səhər Kliçko ümid etdiyini bildirib ki, bazar gününə qədər Kiyev enerjinin fövqəladə kəsintisindən planlı kəsintiyə keçəcək. Mer əlavə edib ki, su təchizatı tam bərpa olunub, Ukrayna paytaxtında yaşayış binalarının 90%-nə istilik verilir.
|