Qətərdə futbol azərkeşlərinin qaldığı “İdmancılar kəndi” yaxınlığında güclü yanğın baş verib (VİDEO)
26 Noyabr 2022, 16:35 (GMT +4)
Bakı, 26 noyabr, SalamNews, S.Bağırov. Qətərdə futbol azərkeşləri üçün nəzərdə tutulmuş "İdmançılar kəndi" yaxınlığında böyük yanğın baş verib.
SalamNews Ərəb mətbuatına istinadən xəbər verir ki, bu gün Qətərin Lusail şəhərinin Qatifan adasında salınmış "İdmançılar kəndi" yaxınlığında böyük yanğın baş verib və Qətərin aidiyyatı qurumları bölgəyə yanğının söndürülməsi üçün qüvvə ezam ediblər.
Qətər mənbələri yanğının qarşısının alındığını, xoşbəxtlikdən yerli kadrlar və azərkeşlərdən kimsənin xəsarət almadığını bildiriblər.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.