Prezident Azərbaycanın Fələstində Təmsilçilik Ofisinin fəaliyyətinin təmin edilməsi barədə sərəncam imzalayıb26 Noyabr 2022, 16:18 (GMT +4) Bakı, 26 noyabr, SalamNews. Prezident İlham Əliyev Azərbaycanın Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.
SalamNews xəbər verir ki, sərəncamla Nazirlər Kabinetinə müvafiq məsələ ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll edilməsi tapşırılıb.
Eyni zamanda Xarici İşlər Nazirliyi Təmsilçilik Ofisinin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.
|