Lavrov: Ukrayna xalqı neonasist rəhbərlərdən azad olunacaq26 Noyabr 2022, 15:57 (GMT +4) Bakı, 26 noyabr, SalamNews .Ukrayna xalqı neonasist hökmdarlarından azad olunacaq. Ukrayna xalqı slavyan qardaşları ilə dostluq və mehriban qonşuluq şəraitində yaşamağa layiqdir.
SalamNews xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov şənbə günü “Rossiya-24” telekanalının efirində nümayiş etdirilən sənədli filmə müsahibəsində deyib.
"Ukrayna xalqı neonasist hökmdarlarından azad ediləcək, o, slavyan qardaşlarının yanında mehriban qonşuluq, dostluq, firavanlıq şəraitində yaşamağa layiqdir", deyə nazir qeyd edib.
"Zelenski deyir ki, onlar “bu müharibədə qalib gələcəklər və Krım da daxil olmaqla bütün torpaqları geri qaytaracaqlar. Eyni zamanda o, yarımadanın tarixini unudur. Bəlkə də Şən və Bacarıqlılar Klubunda olarkən bu tarixi heç bilməyib. Belə bir xəttin uğursuzluqla nəticələnəcəyinə şübhəm yoxdur”, deyə nazir vurğulayıb.
|