Dünya Oyunları: Azərbaycan para-üzgüçüsü gümüş medal qazanıb26 Noyabr 2022, 16:52 (GMT +4) Bakı, 26 noyabr, SalamNews. Azərbaycan para-üzgüçüsü Əli Vəliyev Portuqaliyanın Vila Real de Santo Antonio şəhərində keçirilən Beynəlxalq əlil arabası istifadəçiləri və amputant idmançıların Dünya Oyunlarında gümüş medal qazanıb.
Milli Paralimpiya Komitəsindən SalamNews-a verilən məlumata görə, o, sərbəst üzmə növündə 1:07:90 nəticə göstərərək 2-ci yerə sahib çıxıb.
Qeyd edək ki, Əli Vəliyev milli komandanın üzvü, uşaq paralimpiya hərəkatının yetirməsidir.
|