Almanların dörddə üçü Merkelin kansler postuna qayıtmasını istəmir26 Noyabr 2022, 15:50 (GMT +4) Bakı, 26 noyabr, SalamNews. Almaniya vətəndaşlarının əksəriyyəti (71%) Angela Merkelin Almaniya kansleri postuna qayıtmasının əleyhinədir.
Bunu "Funke" media qrupunun sifarişi ilə "Civey" sosioloji institutunun keçirdiyi sorğunun nəticələri sübut edir.
Eyni zamanda, Almaniya sakinlərinin 23%-i Merkelin yenidən ölkə hökumətinə başçılıq etməsini istəyir. Respondentlərin 6%-i müvafiq suala cavab verə bilməyib.
SalamNews “Gazeta.ru”ya istinadən xəbər verir ki, sorğunun nəticələrinə görə, iştirakçıların 43%-i hesab edir ki, Merkel kansler vəzifəsini Olaf Şoltsdan daha yaxşı yerinə yetirib. Respondentlərin 41%-i əks mövqe bildirib, 16%-i cavab verməkdə çətinlik çəkib.
Eyni zamanda Almaniyanın şərqində Merkelin siyasəti qərbdən daha yüksək qiymətləndirilir.
Noyabrın 24-də onlayn formatda keçirilən sorğuda yaşı 18-dən yuxarı olan beş minə yaxın Almaniya vətəndaşı iştirak edib.
|