Lavrov: Avropa neonasizmin dirçəlməsində iştirak edir26 Noyabr 2022, 15:04 (GMT +4) Bakı, 26 noyabr, SalamNews. Avropa dünyada neonasizmin dirçəliş proseslərində iştirak edir ki, bu da Ukrayna ətrafında baş verən böhran zamanı özünü aydın şəkildə göstərdi.
SalamNews xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Nasizm təhqiqat altında” filminə müsahibəsində deyib.
"Mən bu mövqedən çıxış edirəm ki, Avropa neonasizmin dirçəliş proseslərinin bir hissəsidir. Başqa nəticə çıxarmaq çətindir", deyə nazir qeyd edib.
"Fransa prezidenti Emmanuel Makron bu yaxınlarda sual verdi ki, Ukrayna niyə Rusiyanın “tətbiq etdiyi” modellə yaşamalıdır? Nümayişkəranə bəyanatdır. Çevrilişdən sonrakı illərdə isə o, Ukraynadakı rusların nəyə görə neonasistlərin tətbiq etdiyi modellə yaşamalı olduğunu soruşmayıb - açıq-aşkar ikili standart. Bunu indiki mərhələdə Avropada lider siyasətçi olmaq iddiasında olan bir adam deyir. Heyrətamizdir!", deyə Lavrov vurğulayıb.
Lavrovun sözlərinə görə, Avropa ABŞ-la birlikdə “oynayır”.
Nazir həmçinin qeyd edib ki, Aİ-nin demək olar ki, müstəqilliyi qalmayıb - Vaşinqton Brüsseli altında əzib.
Nazir qeyd edib ki, Avropa liderləri neonasist təzahürlərini təşviq edirlər. Xüsusilə, Avropa Şurasının prezidenti Şarl Mişel, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, NATO-nun baş katibi Yens Stoltenberq daima Ukraynada “Avropa dəyərləri uğrunda mübarizənin” getdiyini deyir, Ukrayna prezidenti Volodimir Zelenski isə "azadlıq və demokratiya”nı müdafiə edir.
|