"Azərsu"yun sədr müavini Qaxda vətəndaşları qəbul edib26 Noyabr 2022, 15:00 (GMT +4) Bakı, 26 noyabr, SalamNews. “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Qax və Şəkidən olan vətəndaşları qəbul edib.
Bu barədə SalamNews-a qurumdan bildirilib.
Məlumata görə, Qax şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda 29 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub. Müraciətlərin qısa müddət ərzində araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.
|