Kərkükdə sel nəticəsində azı iki nəfər həlak olub26 Noyabr 2022, 14:24 (GMT +4) Bakı, 26 noyabr, SalamNews, S.Bağırov. İraqın Diyala və Kərkük əyalətlərində mövsüm yağışlarının intensivliyi nəticəsində sel və daşqınlar yaranıb.
SalamNews Sumariya agentliyinə istinadən xəbər verir ki, Kərkükdə baş verən sel və daşqında azı iki nəfər həyatını itirib.
Kərkük əyalətindən əlavə İranla sərhəddə yerləşən Diyala əyalətinin kəndlərində də sel və daşqınlar ərazilərə ziyan vurub.
İraqın “Xalq Səfərbər Qüvvələri” Diyala əyalətində humanitar yardımların çatdırılması üçün qüvvə ezam ediblər.
Kərkük əyalətində selə görə məktəblər tətil elan edilib.
|